Beyləqanda avtomobil işıq dirəyinə çırpılıb: 2 ölü
Kateqoriya məlum deyil
Beyləqan şəhərində ağır yol qəzası baş verib.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Rayon sakini, 1986-cı il təvəllüdlü Elşad Talıbovun idarə etdiyi "Hunday” markalı, 10 OK 610 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü və maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Hikmət Mahmudov aldıqları xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (apa)
Sfera.az






