Logo

Şəmkirdə yol qəzası: xəstəxananın laborantı ölüb

Şəmkirdə yol qəzası: xəstəxananın laborantı ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəmkir rayonunda yol qəzası baş verib.

Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində "NAZ Lifan" markalı avtomobillə "Mersedes" markalı maşın toqquşub.

Nəticədə "NAZ Lifan"ın sərnişini, 1964-cü il təvəllüdlü Aslanova Bəsti Qüdrət qızı hadisə yerində ölüb, avtomobildə olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ölən qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasının laborantı olub.

Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza "Naz Lifan"ın sürücü Arzuman Allahverdiyevin günahı ucbatından baş verib.

A. Allahverdiyev bundan əvvəl də yol-hərəkəti qaydalarını dəfələrlə pozduğuna görə cəzalandırılıb. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR