Türkiyədə ağır qəza: 3 azərbaycanlı ölüb

Türkiyədə ağır qəza: 3 azərbaycanlı ölüb
Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu Sərhəd Keçid məntəqəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
 

İğdırdan Naxçıvana gələn Azərbaycan nömrə nişanlı avtomobil idaretməni itirilməsi nəticəsində yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə çevrilib.

Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev Report-a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər. Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib.

Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar. Azərbaycanın konsulluğu yaralıların vəziyyəti ilə mütəmadi maraqlandıqlarını bildirib. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdirilib.

 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...