Logo

Dəhşət: Azərbaycanlı idmançı nazirliyin önündə özünü yandırmaq istədi - VİDEO

Dəhşət: Azərbaycanlı idmançı nazirliyin önündə özünü yandırmaq istədi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı boksçu Emin İsmayılov təkbaşına aksiya keçirib.

Sfera.az-ın məlumatına görə, idmançı Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.

İdmançı deyib: "3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam".

O həmçinin qeyd edib ki, yaxın günlərdə özünü yandıracaq.

Ərazidə olan polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Dostlarının dediyinə görə, 3 saatdan çoxdur ki, ondan xəbər yoxdur.

Qeyd edək ki, boksçu Emin İsmayılov bir neçə müddətdir ki, ciddi zədədən əziyyət çəkir. O dəfələrlə müalicəsi üçün nazirliyə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən də boksçu özünü yandıracağını deyib.

Həmin videonu təqdim edirik:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR