Moskvada bir qrup azərbaycanlı həbs olundu

Moskvada bir qrup azərbaycanlı həbs olundu
Moskva şəhər Tuşino rayon məhkəməsi Rusiyanın Federal Miqrasiya Xidməti İdarəsinin (FMXİ) Moskva şəhər Cənubi Tuşino rayonu üzrə şöbəsinin keçmiş işçilərinə və Azərbaycan vətəndaşlarına qarşı cinayət işi üzrə hökm oxuyub.

"Report" xəbər verir ki, məhkəmə İvan Bitkaş, Andrey Potapov, Nataliya Tereşkina, Azərbaycan vətəndaşları Mədəd Zülfüqarov, Daşqın Bəkirov, Qılman Teyyubov, Elşən Tağısoy və Mariya İvanova barəsində vəzifəli şəxslərin pul şəklində rüşvət alması, rüşvətə vasitəçilik, qeyir-qanuni işlər müqabilində vasitəçi ilə vəzifəli şəxsə rüşvət vermək, eləcə də mütəşəkkil qrup tərəfindən qeyri-qanuni miqrasiya təşkil etmək maddələri ilə ittiham hökmü çıxarıb.

İstintaq nəticəsində məlum olub ki, M.Zülfüqarov 2015-ci ilin fevral ayından 2016-cı ilin fevral ayına qədər FMXİ-nin Cənubi Tuşino şöbəsinin baş mütəxəssisi İ.Biktaş və A.Potapovla qeyri-qanuni olaraq əcnəbi vətəndaşların Rusiyada qalması üçün qeydiyyat sənədlərinə görə rüşvət alıblar. Onlar 207 qeydiyyat aparıb və hər bir qeydiyyata görə 300 rubl rüşvət alıblar. Alınmış rüşvətin toplam məbləği 62 min rublu (1030 dollar) keçib.

M.Zülfüqarov eyni yolla A.Potapovla "işləyib". Onlar 2015-ci ilin iyul ayından 2016-cı ilin mart ayına qədər qanunsuz yolla 330 əcnəbi vətəndaşı qeydiyyata salıblar və bunun müqabilində 132 min rubl (2200 dollar) rüşvət alıblar.

2016-ci ilin yanvar ayında E.Tağısoy analoji cinayət əməlləri törətmək məqsədilə qrup yaradıb və tanışı M.Zülfüqarov, eləcə də D.Bəkirov və Q.Teyyubov müxtəlif vaxtlarda qruplaşmaya daxil olub.

Məhkəmə qərarına əsasən, müttəhimlər 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...