Sumqayıtda yataqxanada partlayış: ölən və yaralananlar var
22:19 / 05.08.2017
1372
Sumqayıtda yataqxanada partlayış olub.
Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.
Sfera.az Trend-ə istinadən bildirir ki, hər iki nəfər Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına aparılıb.
X X X
Sumqayıtda yataqxanada partlayış olub.
Sfera.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.