Logo

Əli Həsənovun nəvəsinin ölüm xəbəri yalan çıxdı - Nail son anda maşından atılıb

Əli Həsənovun nəvəsinin ölüm xəbəri yalan çıxdı - Nail son anda maşından atılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vaqif Əsədov: "İki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır"

Əli Həsənovun nəvəsinin ölüm xəbəri yalan çıxdı - Nail son anda maşından atılıbGündəm4 Avqust 2017 01:1334 dəfə oxunubƏli Həsənovun nəvəsinin ölüm xəbəri yalan çıxdı - Nail son anda maşından atılıbVaqif Əsədov: "İki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır"

Bir neçə saat öncə Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzanın təfərrüatları bəlli olub.  PrimeTime.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində öldüyü bildirilən baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəziyyəti ağırdır. Hadisə zamanı avtomobildən son anda atıldığı deyilir. Hal-hazırda xəstəxanada olduğu və əlinin yandığı bildirilir. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlasaq da, ətraflı məlumatının olmadığını bildirdi: "Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır". Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nail Allahverdiyevin ötən ayın 19-da toy mərasimi baş tutub. O, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir. 21 yaşlı Nail biznesmendir, eyni zamanda  məşhur "Soho" klubun sahibidir.

primtime.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR