BAKIDA DƏHŞƏTLİ QƏZA! – Əli Həsənovun maşını qəza törətdi + VİDEO (Yeniləndi)

Bakıda qəzaya uğrayan "Mercedes Galendevagen” avtomobili Azərbaycan baş nazirinin müavini Əli Həsənovun nəvəsinə məxsusdur.
APA bildirir ki, yol-nəqliyyat hadisəsi zamanı Əli Həsənovun nəvəsinin sürücüsü Mehdi Əliyev həlak olub.
***
Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli avtomobil qəzası barədə "Report” bəzi detallar əldə edib.
Qəza zamanı "Gelandewagen” avtomobilində həlak olan şəxslərdən biri Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir.
***
İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər dünyasını dəyişib. Qəzanı törədən avtomobil isə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirlirliyinin yanğınsöndürənləri gəlib.
***
Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
***
"Report”un hadisə yerində olan müxbirinin sözlərinə görə, biri Mercedes Galendevagen olmaqla iki maşın prospektdə ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra idarəetməni itirən maşın aşıb.
Onunla ötüşən digər maşın isə hadisə yerindən qaçıb.
Hadisə nəticəsində ölən və yaralananlar var.
Sfera.az