Azərbaycanda ağır qəza: qadın öldü, əri xəsarət aldı
Kateqoriya məlum deyil
Ağsu şəhərində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.
Sfera.az bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-2106”-nın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır./metbuat






