Logo

Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb

Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.

Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında Lənkəran-Lerik magistral yolunda, Darquba kəndi ərazisində baş verib. Belə ki, C.Quluzadənin idarə etdiyi "VAZ-21011" markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən Darquba kənd sakini, 10 yaşlı Ə.Yusubzadəni vurub. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi xəbərə görə, 2016-cı il təvəllüdlü şəxs (kişi) 27 noyabr saat 12:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Çoxsaylı xəsarətlər alan azyaşlı aparılan reanimasiya tədbirlərinə baxmayaraq vəfat edib.

Hadisədən sonra sürücü hadisə yerindən yayınsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR