Logo

Şirvanda gəncin əlində patron partladı - Bakıya təxliyə olunacaq

Şirvanda gəncin əlində patron partladı - Bakıya təxliyə olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şirvan sakini əlində patronun partlaması nəticəsində sol əlindən ağır xəsarətlər alıb.

Sfera.az xəbər verir ki, hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Həmdül Tahir oğlu Abdullazadənin əlində ov tüfənginin patronu partlayıb.

Nəticədə o, sol əlindən aldığı çoxsaylı ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Onun əlində ixtisaslaşmış cərrahi əməliyyatın aparılması üçün paytaxt xəstəxanalarından birinə təxliyə olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır./apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR