Bakıda 29 yaşlı oğlan küçədə öldü
Kateqoriya məlum deyil
Bakıda gənc oğlan küçədə vəfat edib.
Sfera.az xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib.
Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb.
Faktla bağlı araşdırmalar Nəsimi Rayon Prokurorluğu tərəfindən aparılır.






