Logo

Gəncədə zəncirvari qəza - Xəsarət alan var

Gəncədə zəncirvari qəza - Xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncədə ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsinə gedən yolun Samir Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən “Hyundai Sonata” markalı avtomobil ona arxadan çırpılıb. Daha sonra idarəetmədən çıxan “Hyundai” yol kənarında dayanan “Opel” markalı avtomobilə dəyib.

İlkin məlumata görə, qəzada “VAZ”ın sürücüsü - 1960-cı il təvəllüdlü Rasim Qəmbərov xəsarət alıb. O, Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.\\qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR