Logo

Məzuniyyət sevinci yaşaya bilmədilər – İki məktəblinin faciəsi

Məzuniyyət sevinci yaşaya bilmədilər – İki məktəblinin faciəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub.

Sfera.az xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər.

Həlak olan Turan Əsgərov və Əhəd Heydərzadə Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin 11-ci sinif şagirdləri olublar. Onlar bu tədris ilinin sonunda məktəbi bitirərək məzun olmağa hazırlaşırdılar. Lakin faciəli qəza onların arzularını yarımçıq qoyub.

Artıq hər iki məktəbli dəfn edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR