Logo

Yasamalda növbəti yanğın: 3 sakin xilas olunub

Yasamalda növbəti yanğın: 3 sakin xilas olunub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən Sfera.az-a verilən məlumata görə, yanğın şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə binanın şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib.

Mənzillər yanğından mühafizə olunub.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR