Logo

Faciə: Mətbuat katibinin qohumu dənizdə batıb

Faciə: Mətbuat katibinin qohumu dənizdə batıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovun ailəsində faciə baş verib.

Bu haqda İsmayılov özünün Feysbuk hesabında yazıb.

O, bildirib ki, ailəsi faciə ilə üzləşib: "Əzizimiz İdris dünən axşam saatlarında dənizdə batıb. Dəniz dalğalı olduğundan axtarışlar nəticə verməyib. Nurlu, məsum İdrisimizi dəniz qoynuna aldı”.

Daha sonra Nurəddin İsmayılov üzünü gənclərə küləkli havada dənizə getməməyi tövsiyə edib.

Qeyd edək ki, dənizdə batan İdris İsmayılov Nurəddin İsmayılovun əmisi nəvəsidir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR