Logo

Ağsuda ayı kəndə hücum etdi

Ağsuda ayı kəndə hücum etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.

Rayonun Dilman kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov kəndin yaxınlığındakı otlaqda iribuynuzlu mal-qaranı otararkən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri özlərini müdafiə etsələr də naxıra girən ayının qarşısını ala bilməyiblər. Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb.

Kənd sakinləri bildiriblər ki, onlar tez-tez ayı hücumuna məruz qalırlar:

"Hazırda kənddə böyükdən kiçiyə hamı təlaş içindədi. Hər an ayı və digər vəhşi heyvanların kəndə hücum etməsindən, kiməsə xəsarət yetirməsindən qorxuruq. Vəhşi heyvandı bu gün mal-qaranı parçalayırsa sabah sakinlərindən birini parçalayacaq". (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR