Logo

Bakıda ailə faciəsi - Tək övlad idi, ürəyindən vurulub öldürüldü

Bakıda ailə faciəsi - Tək övlad idi, ürəyindən vurulub öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.

Sfera.az Report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdulrəhmanov Nail Natiq oğlu Xanlar küçəsində 4 nəfər tanışı ilə əlbəyaxa dava edib.

Nəticədə N.Abdulrəhmanov ürək nahiyəsindən 4 bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Səbail RPİ-dən verilən məlumata görə, ilkin olaraq 1 nəfər şübhəli şəxs (hələlik adı açıqlanmır) kimi saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, öldürülən şəxs ailənin tək övladı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR