Ələt-Astara yolunda dəhşətli qəza: 3 ölü, 4 yaralı

Ələt-Astara yolunda dəhşətli qəza: 3 ölü, 4 yaralı

Bakının Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan KamAz markalı qoşqulu yük maşınının sürücüsü yuxulayaraq öndə gedən digər KamAz-a, ən sonda gələn "Mersedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına arxadan çırpılıb.

Mikroavtobusun sürücüsü Elturan Fərəcovun sözlərinə görə nəqliyyat vasitəsində onunla birgə ümumilikdə 9 nəfər olub:

"Sərnişinlərdən 3-ü ölüb. 4 nəfər, həmçinin bir qadın və onun övladı ağır vəziyyətdə Ələt qəsəbəsindəki xəstəxanaya aparılıb. Avtobusdakıların hamısı qohum idi, Dağıstan Respublikasının Xasavyurt şəhərinə işləməyə gedirdilər. Mənimlə yanaşı daha bir kişi sərnşin xəsarətsiz ötüşüb. Onların hamısı Astaradandır".

Ölənlər 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

Faktla bağlı araşdırma aparılır. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR