Logo

Keçmiş neftçi öldürülüb

Keçmiş neftçi öldürülüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda qətl hadisəsi baş verib.

Hadisə parytaxtın Nərimanov rayonunda baş verib. Rayon ərazisində mənzillərdən birindən meyit tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyit ev sahibi, Viktor adlı şəxsə məxsusdur. Naməlum şəxslər onun əllərini bağlayaraq baş nahiyəsindən küt alətlə zərbələr endirməklə qətlə yetirib və hadisə yerindən qaçıblar.

Araşdırmalar zamanı məlum olub ki, qətl hadisəsi bir neçə gün öncə baş verib.

Məlumata görə, qətlə yetirilən şəxs keçmiş neftçidir.

Qətlin hansı məqsədlə kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. (trend0

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR