Ağır qəza - Xəsarət alanlar var

Ağır qəza - Xəsarət alanlar var
Kateqoriya məlum deyil
T

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR