İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Kateqoriya məlum deyil
T
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Balik kəndi ərazisində baş verib.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili ilə "DAF" markalı tır toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü ölüb, sərnişinləri isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.






