Goranboyda ağır qəza - 6 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
T
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" və "Chevrolet" markalı minik maşınlarının toqquşması nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.






