Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
Kateqoriya məlum deyil
T
Bu gün saat 02 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsində ağır yol qəzası baş verib.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Əsgər Zərbəliyev idarə etdiyi “Volkswagen” markalı 77 XS 274 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildəki sərnişinlər: paytaxt sakini 1992-ci il təvəllüdlü Kamran Əliyev, Qax rayon sakini 1980-ci il təvəllüdlü Təbriz Əliyev hadisə yerində ölüb.
Sürücü ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.






