15 yaşlı qız vida mərasimində dirildi

15 yaşlı qız vida mərasimində dirildi
Kateqoriya məlum deyil
T

Qvatemalada 15 yaşlı Yu ley di adlı qız ölü hesab edilməsindən səkkiz saat sonra vida mərasimi zamanı huşuna gəlib.

Sfera.az xəbər verir ki, qız tibb mərkəzinə gedərkən avtomobildə özünü pis hiss edib. Atası onun nəbzini və nəfəsini yoxlayıb, lakin həyat əlamətləri aşkar etməyib. Bununla belə, həkim qızın ölümünü təsdiqləməyib və rəsmi ölüm haqqında şəhadətnamə də verilməyib.

Qohumları evdə vida mərasimi təşkil ediblər. Qızın anası tabutun üzərinə əyiləndə onun içəridə hərəkət etdiyini görüb. Yaxınları tabutun qapağını açaraq qıza oradan çıxmağa kömək ediblər.

“Sağ olduğum üçün Allaha və valideynlərimə təşəkkür edirəm”, — deyə Yu ley di bildirib.

Xarici KİV-lərin məlumatına görə, qız huşu özündə olub və evdə müalicəsinə davam edib.\\modern.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR