Bərdədə qəza: piyada öldü
Kateqoriya məlum deyil
T
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb.
Sfera.az xəbər verir ki, hadisə oktyabrın 11-də saat 06:30 radələrində Bərdə şəhəri, Səməd Vurğun küçəsində baş verib
Cəfərov Nizami Bərxudar oğlu idarə etdiyi “Mercedes-Benz C220 CDI” markalı avtomobillə hərəkətdə olarkən 1955-ci il təvəllüdlü Muradova Əsli Yaqub qızını vurub.
Piyada aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.






