Qazaxda maşın piyadanı vurdu, 3 nəfər yaralandı

Qazaxda maşın piyadanı vurdu, 3 nəfər yaralandı
Kateqoriya məlum deyil
T

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21012” markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X. Civişovu vurub.

Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ. Məmmədova və 1993-cü il təvəllüdlü G. Həmzəyeva da xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır./apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR