Zaporojyedə dəhşətli faciə - FOTO
Rusiyanın Ukraynanın Zaporojye şəhərinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Həlak olanlar arasında üç uşaq da var.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Hücum nəticəsində 18 nəfər yaralanıb. Onlardan üçü azyaşlıdır.
Faciənin ən sarsıdıcı məqamlarından biri eyni ailənin üç nəslinin həyatını itirməsidir. Belə ki, əvvəllər Rusiyanın işğalı altında olan ərazilərdən köçərək Zaporojyeyə sığınmış 73 yaşlı Vera Siqayova, onun 48 yaşlı qızı, tibb işçisi Nataliya Foşçan və 16 yaşlı nəvəsi Polina hava zərbəsi nəticəsində həlak olublar. Polina orta məktəbin 11-ci sinfində oxuyurdu.
İşğal altındakı ərazilərdən təhlükəsiz yerə köçən ailənin üç üzvü bu dəfə Rusiya aviasiyasının hücumundan xilas ola bilməyib.
Hazırda dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Fövqəladə Hallar Xidmətinin əməkdaşları indiyədək üç nəfəri dağıntılar altından sağ çıxarmağa müvəffəq olublar./musavat







