Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu

Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu
Kateqoriya məlum deyil
T

Salyanda “Mercedes” markalı minik avtomobili qatarla toqquşub. Sürücü avtomobildən atılaraq xəsarət almaqdan xilas olub.

Sfera.az xəbər verir ki, hadisə oktyabrın 10-da səhər saatlarında dəmir yolunun Salyan–Salmanlı sahəsində, Arbatan keçidində baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, sürücü dəmiryol keçidindən keçmə qaydalarını pozaraq avtomobili hərəkətdə olan lokomotivin qarşısına çıxarıb. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb. Qəza nəticəsində lokomotivə zərər dəyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR