Gürcüstan-Azərbaycan sərhədində gümüş qaçaqmalçılığının qarşısı alınıb
Kateqoriya məlum deyil
T
Azərbaycandan Gürcüstana "Qırmızı körpü" gömrük-keçid məntəqəsi vasitəsilə bəyan edilməmiş gümüş məmulatları və qab-qacağın gətirilməsinin qarşısı alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Məlumata əsasən, gömrükçülər qanunsuz yükü Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına ətraflı baxış zamanı aşkarlayıblar.
Müsadirə edilmiş gümüşdən olan əşyaların ümumi çəkisi 9 038 qram, gömrük dəyəri isə 38 289 lari (təqribən 15 min ABŞ dolları) təşkil edib.
İş üzrə materiallar əlavə araşdırmanın aparılması üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.






