Tatarıstandakı qəzada ölənlər arasında azərbaycanlı var
2017.07.02, 10:12
Tatarıstanda dəhşətli yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə ötən gecə avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində baş verib.
Qəzada ölənlərin sayı 13, yaralananların sayı isə 12 nəfərə çatıb.
Avtobusun Samara-İjevsk marşrutu ilə hərəkət etdiyi bildirilir. Yaralılar Zainsk rayonunun mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.
***
Tatarıstanda baş vermiş qəza nəticəsində ölənlərin sayı 14-ə, yaralananların sayı isə 15-ə çatıb. Onlardan ikisinin uşaq olduğu bildirilir.
Məlumata əsasən, qəza zamanı avtobusda 28 sərnişin olub.
Qeyd edək ki, hadisə ilə əlaqədar ölkədə matəm elan olunub.
***
Tatarstanda baş verən dəhşətli yol qəzasında ölənlər arasında azərbaycanlı da var.
Lent.az-ın məlumatına görə, bu Əliyev Əli Veyis oğludur. O, Samaradan yaşadığı İşevsk şəhərinə gedirmiş.