Bakıda kişi həyat yoldaşını döyüb

Bakıda kişi həyat yoldaşını döyüb
Kateqoriya məlum deyil
T

Bakıda kişi arvadını döyüb.

Sfera.az xəbər verir ki, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.

67 yaşlı Toğrul Məmmədov (şərti adla) yaşadıqları evin həyətində 63 yaşlı arvadı Gülyazı (şərti adla) döyüb. Buna səbəb onlara qonaq gələn qızının taksiyə minməsi olub.

Kişi qızına irad bildirmək istəyərkən arvadı onun qabağına keçib. Bu zaman Toğrul Məmmədov qadının başına əli ilə bir neçə dəfə zərbə vurub. Nəticədə qadın dərəcəsi müəyyən olunmayan xəsarətlər alıb.

Fakt əsasında T. Məmmədov saxlanılaraq, barəsində cinayət işi açılıb.

T. Məmmədov ifadəsində bildirib ki, arvadı ilə eyni ünvanda yaşasalar da, yeməyini özü bişirir, paltarlarını özü yuyur. Onun sözlərinə görə, hazırda zərərçəkənlə barışıb.

Zərərçəkən Gülyazın sözlərinə görə isə əri ilə eyni həyətdə, lakin ayrı evlərdə qalırlar. O bildirib ki, əri əlində taxta ilə onlara qonaq gələn qızının üstünə hücum çəkib. Gülyaz Toğrula qarşı şikayətinin olmadığını deyib.

Məhkəmə qərara gəlib ki, təqsirləndirilən şəxs dəyən ziyanı ödədiyi və zərərçəkənin şikayəti olmadığı üçün cinayət işinə xitam verilməlidir. Beləliklə Toğrul Məmmədov məsuliyyətdən azad edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR