Metroda halı pisləşən kişi öldü

Kateqoriya məlum deyil
T
Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib.
Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.






