Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Kateqoriya məlum deyil
T
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb.
Bu barədə Sfera.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, zəhərlənənlərin 17-i oğlan, 4-ü qız olub:
"Saat 10:20 radələrindən başlayaraq onlar zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".






