Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı

Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
Kateqoriya məlum deyil
T

Maşında qadına şiddət göstərən sürücü saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli məlumat verib.

Bildirilib ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Məlum olub ki, sözügedən hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb.

Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

Qeyd edək ki, maşında qadına şiddət göstərən Nicat Azadlının tanınmış rəqqas, rəqs müəllimi olduğu bildirilir.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR