Gəncədə yaşlı qadını maşın vurdu

Kateqoriya məlum deyil
T
Gəncədə yaşlı qadının xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az bildirir ki, qəza şəhərin 28 may küçəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1959-cu il təvəllüdlü Nəcibə Əsgərovanı avtomobil vurub. 67 yaşlı qadın xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstətilib, vəziyyəti orta-ağırdır. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.





