Gəncədə məktəbdə zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirildi

Gəncədə məktəbdə zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirildi
Kateqoriya məlum deyil
T

Gəncədə orta məktəblərdən birində zəhərlənmə hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, oktyabrın 1-də saat 12:30 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər qadın cinsli şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətə götürülüb.

Agentliyin mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR