Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb
Kateqoriya məlum deyil
T

Masallı rayonunun Mollaoba kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, rayon sakini Eminağa Həşimov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildəki sərnişin Elvin İbrahimov həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

///azərtac

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR