Oktyabrın 1-də bu ərazilərdə qaz kəsiləcək

Oktyabrın 1-də bu ərazilərdə qaz kəsiləcək
Kateqoriya məlum deyil
T

Sabah Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev pr, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və rayonun Qarasuqumlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Həmçinin, oktyabrın 1-də saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev, İ.B.Qutqaşınlı küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonu Baltalı kəndinin qaz təchizatında müvəqqəti dayandırılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR