Logo

Bakıda bağ evinə basqın: gözətçini döyüb evi yandırdılar

Bakıda bağ evinə basqın: gözətçini döyüb evi yandırdılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

DİN-dən Sfera.az-a verilən məlumata görə, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.

İ. Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR