Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı

Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
Kateqoriya məlum deyil
T

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərin biri idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə 1999-cu il təvəllüdlü S.Yusifov, 1998-ci ltəvəllüdlü F.Niftəliyev və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.\\apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR