Logo

Bakıda sərxoş sürücü 7 maşını əzdi

Bakıda sərxoş sürücü 7 maşını əzdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Binəqədi rayonunda sərxoş sürücü 7 qonşunun maşınını əzib.

Hadisə Atatürk prospekti, 65 ünvanında baş verib.

"Hyundai” markalı avtomobilin sürücüsü Rasim Kazımov öz avtomobili ilə sərxoş vəziyyətdə evinə gəlib. O, binanın həyətində avtomobilini park etmək istəyərkən qonşulara məxsus maşınları əzib. Hadisə nəticəsində 7 avtomobilə ciddi ziyan dəyib. Qonşulardan birinə məxsus "Nissan” markalı avtomobil zərbənin gücündən həyətin küçə divarını dağıdıb. Dağılan divar isə yol kənarında dayanmış "Toyota Prado” markalı avtomobilin üstünə aşıb.

Hadisəni törədən sürücü Rasim Kazımov xəsarət alıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sərxoş sürücü əvvəlcə tibbi yardım üçün xəstəxanaya, daha sonra isə polis idarəsinə aparılıb. Rasim Kazımov saxlanılarkən anlaqsız vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR