Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Kateqoriya məlum deyil
T
Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib.
Sfera.az xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib.
1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.
O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə saat sonra vəfat edib.
Araşdırma aparılır.






