Azərbaycanda ağır qəza: iki qardaş öldü

Kateqoriya məlum deyil
T
Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Belə ki "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib.
Ölən şəxslərin qardaş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./Report






