Qaradağda püskürən vulkanın qiymətləndirilməsi aparılır

Kateqoriya məlum deyil
T
Hazırda ərazidə Qaradağ rayonunda yerləşən Otman Bozdağ Palçıq Vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
Sfera.az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib.
Onun sözlərinə görə, püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Qeyd edək ki, Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.
Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də baş verib./Report






