Avtomobil kanala aşdı, xəsarət alan var - VİDEO

Avtomobil kanala aşdı, xəsarət alan var - VİDEO
Kateqoriya məlum deyil
T

Ucar rayonunda yol qəzası olub, bir nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bərdə şəhər sakini 1988-ci il təvəllüdlü Mehman Mehman oğlu Məmmədovun idarə etdiyi BMW markalı minik avtomobili İdarəetmədən çıxaraq suvarma kanalına aşıb.

Nəticədə sürüçünün sərnişin qismində olan həmyerlisi - 1985-ci il təvəllüdlü Roman Zakir oğlu Əsgərov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.\\qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR