Həyat yoldaşını balta ilə öldürən şəxsə hökm oxundu

Kateqoriya məlum deyil
T
Ağcabədidə həyat yoldaşını öldürməkdə ittiham olunan Ayaz Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sfera.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Ayaz Səlimov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Ayaz Səlimov həyat yoldaşı Nəzakət Səlimovanı ailədaxili münaqişə zəminində mətbəxdə istifadə olunan ət baltası ilə doğrayaraq qətlə yetirib.
Hadisə baş verən gün Ayaz Səlimov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi irəli sürülüb.






