Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU

Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU
Kateqoriya məlum deyil
T

Naxçıvanda sürət yarışı keçirənlər saxlanılıb.

Sfera.az xəbər verir ki, hadisə Naxçıvan şəhəri ərazisində qeydə alınıb.

18 və 21 yaşlı sürücülər iki və ya daha çox mexaniki nəqliyyat vasitəsinin iştirakı sürət yarışı keçirməklə avtoxuliqanlıq ediblər. Onların hər ikisi yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, barələrində müvafiq maddə ilə protokollar tərtib olunub.

Qohum olan hər iki sürücünün sözlərinə görə, işıqforda bir-biri ilə rastlaşıblar və şəhərdə bir az sürmək istəyiblər. Onlar sürət yarışı keçirdiklərini isə etiraf etməyiblər.

Məhkəmənin qərarı ilə hər iki sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə, 500 manat məbləğində inzibati qaydada cərimələniblər.\\lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR