Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırtdı

Bakıda yeniyetmə qızla cinsi əlaqədə olan evli kişi həbs olunub.
Sfera.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
İttiham aktına görə, 29 yaşlı Emin Nəzərov (şərti adla) “Snapçat” sosial şəbəkəsində 16 yaşlı Nərgizlə (şərti adla) tanış olub. Sonradan Emin Nəzərov Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, əmisinə məxsus evdə yetkinlik yaşına çatmayan Nərgizlə 2 dəfə cinsi əlaqədə olub.
Faktla bağlı E. Nəzərov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə olan vaxtı evli və 1 uşağı olsa da, boşanma mərhələsində imiş. Onun sözlərinə görə, Nərgizlə aralarında sevgi münasibətləri yaranıb. Sonradan yeniyetmə qız ona qoşularaq qaçıb. Əmisinin yaşayış olmayan evində də könüllü cinsi əlaqədə olublar. Daha sonra qızın anasının istəyi ilə Nərgizi ailəsinə təhvil verib.
Lakin zərərçəkən Nərgiz Eminə könüllü qoşulub qaçmadığını, həmçinin könüllü əlaqədə olmadıqlarını bildirib. Onun sözlərinə görə, Emin istədiklərini etməyəcəyi təqdirdə onu bacısını qaçırmaqla, həmçinin ölümlə hədələyib.
Nərgiz Emindən şikayətçi olduğunu deyərək, ona ən ağır cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Emin Nəzərov 2 il müddətinə azadlıqdan məhrum edilib.\\lent.az






