Ucarda ev yanıb kül oldu - VIDEO

Ucarda ev yanıb kül oldu - VIDEO
Kateqoriya məlum deyil
T

Ucar rayonunun Qazqumlaq kəndində yanğın hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, kənd sakini Rüstəmov Vüsal Ərziman oğluna məxsus 3 otaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

İlkin ehtimala görə, yanğına həyət ərazisində tayada olan ot bağlamasının alışması və alovun evə keçməsi səbəb olub.

Yanğın nəticəsində həmçinin həyətdə saxlanılan ümumilikdə 12 ton ot bağlaması tamamilə yanıb.

Hadisə yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafda yerləşən evlər alovdan mühafizə olunub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR